📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAYRAM TONQALIMIZ

2023-03-20 21:07:00

BAYRAM TONQALIMIZ

Hələ orta məktəbdə oxuyarkən qədim insanların yüz min illər bundan əvvəl odu kəşf etdiklərini öyrənmişdim. Kəşf etmək deyəndə ki, vulkanla, günəşlə, ildırımla var olan qırmızı rəngli, isti, adına od dediyimiz bu nəsnə daima yer kürəsinin müxtəlif yerlərində, şiddətli və ya xısın-xısın ətrafında olanları yandırmaqla məşgul olmuş, sadəcə eynən heyvanlar təkin ilk vaxtlar oddan, alovdan çəkinib, yan gəzdikləri halda, sonralar istisinə qızınmaqdan, bişmiş heyvanın ətinin dadlı olmasından, özü qorxamadıqdan sonra hələ də oddan qorxanlardan qorunmaqdan ötəri bu sarı, al dilimli atəş əcdadlarımızın hürkən, avam baxışlarında həyat eşqini alovlandırmışdır.

Əvvəllər yalnız təbiətin yaratdıgını, sonralar illərlə sönməyə qoymayıb xilaskarları sandıqlarını, zaman-zaman özləri də əldə etməyi, min illər alovlansın deyə keşiyini çəkməkdən usanıb, istədikləri vədə söndürüb ,yandırmagı da öyrənmişlər.

Vaxtı ikən ibtidai insanların ölüm sanıb uzaga qaçdıqları odun, sonralar yaxınımızda olması sevincimizə,bu günümüzə kimi bayramımıza səbəb olmuş, agacı-agaca sürtməklə,daşı-daşa çırpmaqla ulu babalarımızın magaralarını qızdıranı, bu gün min bir üsulla qaz halına, hətta su halına salıb evimizi isindiririk.

Mənbəyini torpaq,su,yeldən alan, içi biz qarışıq bəzi xalqların qeyd etdiyi,qədimdən gələn Novruz bayramının əsas simvollarından biri də oddur. Uşaqlıgımızın ən gözəl xatirəsi olan axır çərşənbə adətləri,ələxsus yeddi sayda tonqal qurub üzərindən atlamaq, yavaş-yavaş Martin iyirmisi  gecəsinə də daşındı. Tonqalın sayının çoxalması bəzilərimizi nə qədər sevindirsə də, bəzilərimizi də ekoloji cəhətdən bir o qədər düşünməyə vadar etdi. Qədim bəşərin həyatda qalmasına səbəb olan odun, müasir insanın sırf əcdadlarımdan qalma adətdir deyərək,bir neçə tonqal qurub, gələcəy nəslinin yaşam tərzini çətinlişdirməyinə çoxmu ehtiyac var? Qapalı bir məkanda qalanmış ocagın tüstüsünə dözməyin mümkünsüzlüyünü nəzərə alıb, içində bulundugumuz dünyaya da o gözlə baxsaq, nəinki yeddi tonqal yandırmaq, heç bir papirosu da tüstülətməyin yaxınlarda necə fəsadlara yol açacagını dərk etmək olar. Dünyanın inkişaf etmiş  hansı ölkəsinin əhalisinə kücədə yeddi tonqal yandırmasına icazə verərlər görəsən və ya iri şəhərlərin  yüz mərtəbəli binalarının sakinlərinin eyni gündə, əllərinə keçən taxta parçalarını ,bir kamazın şinini yandırması nə qədər düzgün olar, ümumiyyətlə düzgün olsa belə yer tapa bilərlərmi bu mərasimi keçirməyə? Buna imkanda verilməz axı. Ümumiyyətlə, çox ölkələr tanıyıram ki, bizdən fərqli olaraq bir tonqal belə yandırmırlar,amma az qala həftələrinin yeddi günləri də bayramdır. Onsuz da maddiyyat səbəbindən əksərimizin sıxılan canını, bir də tülkü boğar kimi tüstüylə boğmağa nə hacət? İndi deyəcəksiniz ki, adət-ənənə,babalarımızın qoydugu miras,o zaman  gücümüzü bir yerə yıgıb, babalarımızın bizə əmanət etdikləri əsl mirasa sahib çıxaq. Xan atamızın kəndi olan Xankəndimizin işığını hər bayram  özümüz yandıraq, daha yağılar yox. Dövlətimizə baş qaldıran asiləri tərki-silah edib,bütün hərbi sursatlarından böyük bir tonqal qalayaq Xocalımızda, bütün Azərbaycanı istisinə çagırıb,agırlıgımızı-ugurlugumuzu da bir daha qayıtmaması diləyi ilə o ocağa tökək. Bax o zaman ana təbiət göz yumar o odun tüstüsünə, şəhidlərimizin ruhu azad uçar başımızın üzürində, necə deyərlər: Allaha da xoş olar,bəndəyə də.

ŞAMİL