📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAYRAMINIZ MÜBARƏK!

2023-04-21 18:50:00

BAYRAMINIZ MÜBARƏK!

Oruc tutub, namaz qılan əzizlərim,
Gözəl ruhlu bayramınız mübarək.
Həm tutmayan, həm qılmayan əzizlərim,
Bayram edin, bayramınız mübarək.

Müsəlmanı saflaşdırar,
Qardaş kimi birləşdirər,
Mərhəmətdən don geydirər,
Qəlbi açıq olan İslam bayramınız mübarək.

Birlikdə sevinmək üçün,
Hər evdə qeyd etmək üçün,
Ayrılıqda olmaz fayda,
Bir deyilən bayramınız mübarək!

Dövlət bu gün desə əgər,
Molla sabah yesə əgər,
Bunun adı olur nifaq,
Bilin artıq, bayramınız mübarək!

ŞAMİL

21.04.2023