📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramov ABŞ-a yola düşdü - XİN

2023-06-26 11:30:00

Bayramov ABŞ-a yola düşdü - XİN

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub./axar.az/