📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramov Əraqçi ilə danışdı

2026-10-03 14:51:00

Bayramov Əraqçi ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və iki ölkə arasındakı əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov həmçinin iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.