Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə etdi
2023-03-29 16:56:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvit atıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Y. Qalant da C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib:
“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”. (yenisabah)