Bayramov Lavrov ilə görüşüb
2023-07-25 18:24:00
Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov iyulun 25-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. C.Bayramovun “Teleqram” kanalında dərc edilmiş məlumatda deyilir: “Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini müzakirə ediblər”.
Bayramovun Moskvaya səfəri çərçivəsində Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla sülh müqaviləsi layihəsi ilə bağlı növbəti görüşünün keçirilməsi planlaşdırılır.
Hürr Tərcüman