📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramov Mirzoyanla nələri müzakirə edib?

2023-05-20 09:38:00

Bayramov Mirzoyanla nələri müzakirə edib?

Xəbər verdiyimiz kimi, dünən Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılıb. 

Hurriyyet.az xəbər verir ki, görüşün sonunda bəyanat qəbul edilib.

“Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında fikir ayrılığı olan məsələlər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, onlar müzakirələrin davam etdirilməsinə razılıq verdilər”, - deyə bəyanatda deyilir. 

Xatırladaq ki, mayın 25-də Nikol Paşinyan və İlham Əliyev Moskvada görüşəcəklər.