📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramov Qətərin baş naziri ilə görüşdü

2024-04-30 14:30:26

Bayramov Qətərin baş naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə görüşərək ikitərəfli gündəmdə duran mühüm məsələləri və yeni əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirməklə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edib", - məlumatda qeyd edilib./axar.az/