📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramovla Mirzoyan arasında görüş olmayacaq - Rəsmi Bakı

2023-12-01 16:50:05

Bayramovla Mirzoyan arasında  görüş olmayacaq - Rəsmi Bakı

Şimali Makedoniyanın paytaxtı Skopyedə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır. 

Hurriyyet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Qeyd edək ki, 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir. 

Toplantıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və  Ararat Mirzoyan da iştirak edir. 

yenisabah.az