📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramovla Mirzoyan Nyu Yorkda görüşdü

2021-09-25 10:46:00

Bayramovla Mirzoyan Nyu Yorkda görüşdü

BMT Baş Assambleyası çərçivəsində Azərbaycanla Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutub.

Hurriyyet.az xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şafer, Stefan Viskonti və İqor Xovayevin iştirakı ilə keçirilib.

Tərəflər arasında Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıqları nəzərə alaraq normallaşma prosesləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu iki ölkə XİN rəhbərinin 2020-ci ilin noyabrından bu yana ilk şəxsi görüşüdür.