📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramovla Mirzoyanın Maltada görüşü olacaq?

2024-12-05 14:21:19

Bayramovla Mirzoyanın Maltada görüşü olacaq?

"ATƏT-in XİN Şurasının iclası çərçivəsində Maltada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb.

Qeyd edək ki, hər iki nazir Maltada keçirilən ATƏT-in XİN Şurasının 31-ci iclasında iştirak edir./Qaynarinfo/