📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramovla Tayani təkbətək görüşdü - Fotolar

2026-11-23 16:45:11

Bayramovla Tayani təkbətək görüşdü - Fotolar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qarşılayıb. 

 

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

Bildirilib ki, C.Bayramovla A.Tayaninin təkbətək görüşü başlayıb.