BAYRAQ - Şeir
2023-04-16 15:25:00
Azadlığın yaş ölçüsü,
Tərəzisi, daşı bayraq,
İstəklərin, sevgilərin,
Məsləklərin başı bayraq.
Məmməd Əmin sözü bayraq,
Millətimin özü bayraq,
Çaşıb, xor gözlə baxsalar,
Ovaram o gözü, bayraq!
Gök türkümün çağı bayraq,
Qardaşlıgın bağı bayraq,
İzn ver, uğrunda ölüm,
Gəl mənə de, ağı bayraq.
Ey, xalqımın Nuhu bayraq,
Qəhrəmanlıq ruhu bayraq,
Şərdən gələn dərd-bəlanı,
Qovaram bəd ruhu bayraq!
Bir kərə ucalan bayraq,
Tanrıdan güc alan bayraq,
Səndən ötrü can verməyə,
Hazırıq milyonlar, bayraq!
ŞAMİL
16.04.2023