“Bayraqdar” Qara dənizdə rus katerini vurdu
2022-07-25 15:27:00
Ukrayna hərbçiləri Rusiyanın “Raptor” hərbi katerini vurub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk məlumat yayıb.
“Raptor” tipli P-275 kateri “Bayraqdar TB2” PUA-sı vasitəsilə vurulub və Rusiyanın nəzarətində olan limanlardan birinə təxliyə edilib”, - Bratçuk bildirib.
Axar.az