“Bayraqdar” Qarabağ müharibəsində bunları etdi - KİV
2023-08-12 13:40:00
Türkiyənin “Bayraqdar TB2” PUA-ları İkinci Qarabağda müharibəsində mühüm fəaliyyət ortaya qoydu.
Hurriyyet.az xəbər verir ki, bu barədə Çin mediasında türk PUA-ları ilə bağlı dərc olunan məqalədə bildirilib.
“Bayraqdar TB2” tankları məhv etməklə yanaşı, həm də havadan müdafiə sistemləri üçün ciddi təhlükə yaratdı”, - məqalədə vurğulanıb.
Məqalədə bildirilib ki, bu gün Türkiyə PUA-ları dünyanın təxminən 20 ölkəsinə satılır.