📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bazarda inək əti dana əti adı ilə satılır? - VİDEO

2022-11-22 21:59:00

Bazarda inək əti dana əti adı ilə satılır? - VİDEO

Bəzi vətəndaşlar bazarda onlara dana əti adı ilə inək və ya öküz ətinin satılmasından şikayətçidirlər.

Onlar həmçinin bu halın dəfələrlə təkrarlandığını iddia ediblər.

Halbuki inək və dana ətlərini ayırd etmək üçün bir necə nüansa diqqət yetirmək kifayətdir.

Əslində, inək və ya öküz əti zərərli deyil. Ancaq yaşlı heyvan olduğundan onların əti ucuz təklif edilməlidir.

Bununla belə, bazarda sırf inək əti alanlar da az deyil.

Hazırda dana ətinin bir kilosu 13-14, inək əti isə 8-9 manata təklif olunur.

Daha ətraflı süjetdə:

 

Xezerxeber.Az