📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"BBC" İrandan BMT-yə şikayət etdi

2022-02-11 15:23:00

"BBC Persian"ın müxbirləri təqib edilir. "BBC"nin rəhbəri Lilian Landor agentliyin fars dili bölümünün müxbirlərinin davamlı təqiblərə məruz qalması səbəbi ilə İran hökumətinə qarşı BMT-yə təcili şikayət göndərib.
İran mediası xəbər verir ki, bu barədə Lilian Landor Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən "Beynəlxalq Media Azadlığı Konfransı"da çıxışı zamanı məlumat verib.
"Ölüm təhdidləri, onlayn təqiblər, ailələrin dindirilməsi və yaxınlarının BBC-də işləməsini dayandırmaları üçün onlara təzyiqlər, cinsi təcavüzlər, aktivlərin bloklanması, bunların hamısı dayandırılmalıdır", deyə o vurğulayıb. Landor əlavə edib ki, son bir ildə, o cümlədən İbrahim Rəisi vəzifəyə gəldikdən sonra "BBC Fars" müxbirlərinə və onların ailələrinə təzyiqlər artıb.

Ülviyyə, Hurriyyet.az