📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BDU-da COVID-19 pasportuna görə izdiham - AÇIQLAMA + FOTO

2021-09-29 10:36:00

BDU-da COVID-19 pasportuna görə izdiham - AÇIQLAMA + FOTO

Sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Hurriyyet.az-ın məlumatına görə, universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Sıxlıq daha çox Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib. 

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.