📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BDU-dan Məzahir Pənahovun vəzifədən getməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

2022-04-08 10:58:00

BDU-dan Məzahir Pənahovun vəzifədən getməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bakı Dövlət Universiteti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun BDU-nun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, Məzahir Pənahov 2019-cu il mayın 27-də öz ərizəsi ilə işdən azad olunub.

Bildirilib ki, Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib. 

 

10:04

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.

BDU rektoru Elçin Babayevin müvafiq əmri ilə Fizika-riyaziyyat elmləri namizədi, “Ümumi fizika və FTM” kafedrasının dosenti Rəhimov Rəhim Şükür oğlu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.