📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BDU-nun bufetində 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ

2024-10-11 09:57:29

BDU-nun bufetində 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

Hurriyyet.az xəbər verir ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

APA