📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BDU-nun tələbələrini avtomobil vurdu

2022-05-19 10:07:00

BDU-nun tələbələrini avtomobil vurdu

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.

2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Yaralılar ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarər alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələridir.