📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bədəl Bədəlov Rövnəq Abdullayevlə bağlı suallardan belə yayındı - AÇIQLAMA

2024-08-20 20:06:11

Bədəl Bədəlov Rövnəq Abdullayevlə bağlı suallardan belə yayındı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Hurriyyet.Az-ın əldə etdiyi məlumata görə, həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

 Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manşet.Az-a açıqlama verib.

 "Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.