BƏƏ-dən bədbin açıqlama
Hürriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, dünyanın əsas neft ixracatçılarından olan Birləşmiş Ərəb Əmirliklərinin Enerji naziri Suhail əl Mazrouei neftin bir gün tükənəcəyini iddia edərək deyib: “Neftin daima olacağını düşünmək optimistlikdir. Nə qədər əksini istəsək də, neft azalmağa doğru gedir”.
“Blumberq” (Bloomberg) nəşrinin yazdığına görə, Mazrouei neft sənayesinin getdikcə zəifləməyə başladığını, lakin ölkəsinin ehtiyac olduğu müddətdə bütün dünyaya neft tədarük eləməyə davam edəcəyini söyləyib.
BƏƏ Prezidenti Məhəmməd bin Zayed 2015-ci ildəki çıxışlarının birində eyni fikri səsləndirmişdi: “Bu gündən 50 il sonra son barrel nefti yüklədikdən sonra məyus olacaqmıyıq? Əgər bu gün dügün sərmayə qoyuluşu ediriksə, məncə, həmin anı bayram edəcəyik”.
Hürr Tərcüman