📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BƏƏ İranın növbəti raket və dron hücumlarını dəf edib

2026-03-07 11:26:56

BƏƏ İranın növbəti raket və dron hücumlarını dəf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə sistemləri İrandan atılan raket və pilotsuz uçuş aparatlarının hücumunu dəf edib.

APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, havada baş verən partlayışlar raketlərin və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsinin nəticəsidir.

“Reuters“in xəbərinə görə, paytaxt Əbu-Dabidə bir neçə partlayış səsi eşidilib.