📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir

2026-05-05 20:27:48

BƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket və dron zərbələrinin qarşısını alır.

Nazirlik həmçinin qeyd edib ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlıdır.

Birləşmiş Ərəb Əmirliyinin rəsmi orqanları eyni zamanda sakinlərə sığınacaqlarda və ya təhlükəsiz qapalı məkanlarda qalmaları, rəsmi yenilikləri izləmələri ilə bağlı ciddi xəbərdarlıq edib.