📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BƏƏ-yə hücum edildi! F-16 qırıcısı havaya qalxdı

2022-01-25 17:10:00

BƏƏ-yə hücum edildi! F-16 qırıcısı havaya qalxdı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Yəmənin Cevf şəhərindəki raket qurğusunun F-16 hərbi təyyarəsi ilə vurulduğunu bəyan edib.

BƏƏ MN-nin yazılı açıqlamasında Yəməndəki husilərin ölkəyə atdıqları iki ballistik raketin məhv edildiyini, hücumda istifadə edilən, həmin atəşləri açan raket qurğusunun da vurulduğunu bildirilir.

Açıqlamada raket qəlpələrinin paytaxt Əbu Dabi ətrafına düşdüyü, hücum nəticəsində insan itkisinin olmadığı deyilir. 

Yanvarın 17-də də İranın dəstəklədiyi Husilər BƏƏ-yə dronla hücum eləmiş, nəticədə 3 yanacaq tankeri partlamış, 3 nəfər ölmüş, 6 nəfər yaralanmışdı. 

Hürr Tərcüman