📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinə dair hesabat verdi

2026-03-15 19:07:58

BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinə dair hesabat verdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə (HHM) sistemləri martın 15-də İranın dörd ballistik raketini və altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X"dəki açıqlamasında bildirilir.

Bununla da, Yaxın Şərqdəki eskalasiyanın əvvəlindən bu günə kimi ölkədə 298 ballistik raket, 15 qanadlı raket və 1 600-dən çox PUA zərərsizləşdirilib.

Müdafiə Nazirliyi bildirib ki, eskalasiya başlayandan bu zərbələrin qurbanlarının sayı altı nəfər olub. Onlar BƏƏ, Banqladeş, Nepal və Pakistan vətəndaşlarıdır. Bundan başqa, 142 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb. Beləliklə, martın 14-dən etibarən yaralananların sayı daha bir nəfər artıb.

Zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının adı da qeyd olunur.

BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinə dair hesabat verdi