📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Beerlin Pub”da bu dəfə yanğın oldu - Video

2022-04-09 13:37:00

“Beerlin Pub”da bu dəfə yanğın oldu - Video

Xətai rayonu Xocalı prospektində yerləşən “Beerlin Pub”da yanğın olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.

“Beerlin Pub”un tüstü-baca sistemində baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Qeyd edək ki, bir müddət öncə “Beerlin Pub” dəhşətli qətl hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2021-ci il avqustun 30-da sözügedən “pub”un mühafizəçisi Orxan Şahbazov 1980-ci il təvəllüdlü Vüqar Mustafayevi döyərək öldürmüşdü.

Həmin insidentdən sonra “Beerlin Pub”la bağlı aparılan müzakirələrdə buranın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.