Bəhlulun müqavilə müddəti uzadıldı
2024-05-04 23:04:05
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin müqavilə müddəti uzadılıb.
Bu barədə klubun feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, “Qarabağ” 27 yaşlı müdafiəçi ilə anlaşmanı daha 3 il müddətinə uzadıb.
B. Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

Redaktor.az