📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəhreyn krallığı Qəzzaya milyonlarla dollar yardım göndərəcək

2023-10-23 11:33:04

Bəhreyn krallığı Qəzzaya milyonlarla dollar yardım göndərəcək

Hurriyyet.az xəbər verir ki, Bəhreyn kralı Həmid bin İsa Əl Xəlifə Qəzza ərazisində yaşayan fələstinlilərə 8,5 milyon dollar məbləğində yardım edib. Bu barədə “Arab nyus” nəşri məlumat verib.

Məlumata görə, oktyabrın 20-də Bəhreyn dövlət telekanalı “Qəzzadakı fələstinlilərə dəstək” Milli Komitəsi və Bəhreyn Kral Humanitar Fondu ilə birlikdə “Qəzzadakı xalqımıla həmrəylik günü – biz sizinləyik” adlı marafon keçirilib.

Dövlət başçısı da kampaniyaya qoşularaq təşkilatçılara 8,5 milyon dollar verib. Ölkənin vəliəhd şahzadəsi Salman bin Həmid Əl Xəlifə isə 1,3 milyon dollar yardım edib. Ümumilikdə 16 milyon dollar vəsait toplanıb.

Hürr Tərcüman