📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəhreyndə İran casusları saxlanıldı

2026-03-15 18:15:34

Bəhreyndə İran casusları saxlanıldı

Bəhreyndə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər məxfi və strateji məlumatları toplamaqda, həmçinin onları İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ötürməkdə ittiham olunurlar.

Nazirliyin rəsmi bəyanatında qeyd olunur ki, həbs edilən şəxslərin yaşları 25-39 arasındadır. Onlardan birinin İranın hərbi düşərgələrində intensiv hazırlıq keçdiyi iddia edilir:

"Həmin şəxs və digər dəstə üzvləri krallıq ərazisindəki bir sıra həyati əhəmiyyətli obyektlərin, eləcə də mehmanxanaların fotolarını çəkərək koordinatlarını müəyyən ediblər. Bu məlumatlar SEPAH-a ötürülüb və həmin ərazilərin hədəfə alınması prosesində istifadə edilib".

Məlumatda qeyd olunur ki, casus şəbəkəsinin fəaliyyəti krallığın milli təhlükəsizliyinə birbaşa təhdid yaradıb. Hazırda faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.