Bəhreynin Xarici İşlər naziri Kiyevə getdi
2023-05-05 17:55:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti mayın 5-də Kiyevdə Bəhreynin Xarici İşlər naziri Əbdüllətif bin Rəşid Əz Zayanini qəbul edib.
Bu, ölkələr arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən bəri Bəhreynin XİN rəhbərinin Ukraynaya ilk səfəridir. Zelenski bu görüşü iki dövlət arasındakı əməkdaşlıqda mühüm siqnal adlandırıb.
Hürr Tərcüman