Belarus Britaniyadakı səfirini geri çağırdı – XİN səbəbini açıqladı
Hurriyyet.az xəbər verir ki, Minsk Belarusun Böyük Britaniyadakı səfirini geri çağırıb. Belarus XİN-in açıqlamasında buna səbəb olaraq iki ölkə arasında tamdəyərli dialoq aparmasının mümkünsüz olduğu göstərilir.
Belarus XİN-in mətbuat katibinin sözlərinə görə, Belarusun iqtisadiyyatına, maliyyə sisteminə və müəssisələrinə qarşı sanksiyalar, Belarus KİV-in işinin məhdudlaşdırılması, “Belavia”nin üçüşlarına əsassız qadağanlar, Belarus deputatlarına ATƏT-in Parlament Assamleyasının iclaslarında iştirak eləmək üçün vizaların verilməməsi və digər qeyri-qanuni məhdudiyyətlər Minskə Londonla tamdəyərli dialoq aparmaq imkanı vermir.
XİN-in açıqlamasında qeyd edilir ki, Belarusun səfirinin geri çağrılması Minskin Londonla kommunikasiya kanallarını bağlaması demək deyil.
Hürr Tərcüman