Belarus Ermənistandan narazıdır
2024-07-03 14:38:56
Belarus Ermənistanı Minskdə keçirilən paradda qondarma bəhanələr gətirərək iştirak etmədiyini bildirib. Belə bir ittihamla Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç çıxış edib. O deyib: "Belarus Ermənistanı Minskdə keçirilən paradda iştirak etməyə dəvət edib. Lakin uydurma, subyektiv səbəblərdən bu ölkənin qüvvələri gəlmədilər. Baxmayaraq ki, erməni xalqının babaları və ulu babaları Belarusun, Sovet İttifaqının azad edilməsində, Böyük Vətən müharibəsində iştirak etmişdilər".
Belarusun Müstəqillik günü münasibətilə ölkənin paytaxtında keçirilən paradda Rusiya, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilər iştirak ediblər.
Hürr Tərcüman
