“Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq”
2022-12-16 14:18:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin suverenliyi və müstəqilliyi barəsində söhətlər barəsində fikrini bildirib. O, Belarusun heç vaxt Rusiyanın düşməni olmayacağını söyləyib.
Lukaşenko qeyd edib ki, Belarusda qiyam cəhdindən sonra keçən dövr Rusiya ilə yaxınlaşma kursunun düzgün seçim olduğunu göstərib. O, Rusiya ilə İttifaq dövləti çərçivəsində əməkdaşlıqdan danışarkən deyib: “Bu proqramlar qətiyyən nə Belarusun, nə də Rusiyanın müstəqilliyinə, suverenliyinə xələl gətirmir”.
Hürr Tərcüman