📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarus Hərbi Hava Qüvvələri Su-30SM2-nin yeni növünü aldı

2025-12-26 23:09:24

Belarus Hərbi Hava Qüvvələri Su-30SM2-nin yeni növünü aldı

Hurriyyet.az xəbər verir ki, Belarus hərbi pilotları Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası (UAC) tərəfindən istehsal olunan yeni Su-30SM2 qırıcı təyyarələrini əldə ediblər.

Bu, 26 dekabr 2025-ci il, cümə günü Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən açıqlanıb.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini polkovnik Aleksandr Belyayev bildirib: “Onu uçurmaq əsl sevincdir", bütün tələblərə cavab verən qırıcıdır”.

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Belarus Hərbi Hava Qüvvələri UAC İrkutsk Aviasiya Zavodu tərəfindən istehsal olunmuş ümumilikdə 12 Su-30SM2 qırıcı təyyarəsindən istifadə edirdi. Belarusa yeni döyüş təyyarələrinin tədarükü 2019-cu ildən davam edir. Bu il Belarus ordusu artıq may və avqust aylarında iki partiya Su-30SM2 qırıcı təyyarəsi alıb.

NURAY