📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarus müharibəyə qoşulacaqmı? – Putinin adamı məlumat verdi

2022-10-10 15:21:00

Belarus müharibəyə qoşulacaqmı? – Putinin adamı məlumat verdi

Rusiya ilə Belarusun vahid ordu qrupu yaradılıb

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyanın dövlət və ictimai xadimi Sergey Markov öz “Feysbuk” səhifəsində yazıb: “Görünür, Belarus müharibəyə qoşulur. Lukaşenko bəyan edib ki, hərbi nöqteyi-nəzərdən Belarus cəhəsinin açılması Kiyev üçün ağılsızlıqdır, lakin “proses başlanıb”. İndi isə elan edilib ki, Rusiya ilə Belarusun vahid hərbi qrupu yaradılıb.

Belarusun əhalisi 10 milyon nəfərdir. Lakin Belarus ordusu yaxşı hazırlaşıb. Və belaruslar banderovçularla polyaklara nifrət edirlər. Lukaşenko sərt adamdır, Belarus ordusu da sərt davrana bilər”.

Hürr Tərcüman