📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarus nə vaxt savaşacaq? Lukaşenko açıqlama verdi

2024-08-29 16:03:37

Belarus nə vaxt savaşacaq? Lukaşenko açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun nə zaman döyüşməyə başlaya biləcəyindən danışıb.
BELTA agentliyinin məlumatına görə, Lukaşenko Belarus hərbçilərinə ölkə sərhədlərindən kənarda döyüşmək əmrini vermədiyini və heç vaxt verməyəcəyini bəyan edib: "Biz yalnız bizə sarı pis niyyətlə gələnlər olduğu zaman döyüşə başlayacağıq. Vəssalam".
İnformasiya siyasətinin aktual məsələləri ilə bağlı məmurların hesabatına qulaq asan Lukaşenko qeyd edib ki, Belarusu sərhədlərindən kənarda döyüşlərə getməklə bağlı heç bir əmr "verilməyib və verilməyəcək".
Hürr Tərcüman