Belarus Nensi Pelosinin İrəvana səfərini pislədi: “Sülhməramlı cildinə girmiş qırğı”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, rəsmi Minsk Nensi Pelosinin İrəvana səfərini pisləyib.
Belarusun Xarici İşlər naziri Vladimir Makey dünənki çıxışında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini pisləyib.
Vladimir Makey deyib: “Hesab edirəm ki, sülhməramlı cildinə girmiş bu cür “qırğıların” səfəri yaxşı heç nə gətirmir. Onun Tayvana səfərini xatırlamaq kifayətdir – oraya qədəm qoyandan sonra regiondakı vəziyyət kəşkin şəkildə pisləşdi”.
Onun fikrincə, KTMT üzvü olan ölkələrin hansısa problemlərin nizamlanmasında Qərbin köməyinə ehtiyacları yoxdur.
Belta agentliyinin Belarus XİN-in rəhbərindən gətirdiyi sitatda deyilir: “Şəxsən mən qəti əminəm ki, KTMT üzvü olan ölkələr kənardan hansısa sülhməramlılara arxalanmamalıdırlar”.
Makey Qərbin “qırğılarının” KTMT-yə qətiyyən fayda verməyəcəklərini bildirib.Ona görə də bu cür səfərlər münaqişələrin sakitləşdirilməsi yox, əksinə kəskinləşməsi ilə nəticələnəcəkdir”.
Hürr Tərcüman
