📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarus ordusunu və texnikasını Rusiyaya GÖNDƏRDİ

2024-08-08 13:12:47

Belarus ordusunu və texnikasını Rusiyaya GÖNDƏRDİ

Belarus ordusunun 56-cı zenit-raket alayının və 8-ci radiotexnika briqadasının hərbçiləri Luninetsdən Rusiyanın Həştərxan vilayətindəki Aşuluk poliqonuna göndərilib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar orada taktiki təlimlərdə iştirak edəcəklər.

Qeyd olunub ki, 56-cı elit zenit-raket alayı Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı hücumundan sonra Luninets aerodromunda yerləşdirilib.

O da bildirilir ki, Baranoviçidən Aşuluka təyyarə və uçuş heyətləri göndərilir.

Musavat.com