“Belarus sərhədçiləri Polşa sərhəddindəki hasarı yıxıblar”
2021-11-13 17:07:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Polşanın Belarusla sərhəd hasarı yıxılıb və Polşa tərəfi hasarın yıxılmasında Belarus hərbçilərini ittiham edir. Polşa sərhədçiləri bildiriblər ki, qanunsuz miqrantlar sərhəd hasarını yıxarkən polşalı sərhədçilərin gözünə lazer şüası salınıb.
Polşanın Sərhəd Mühafizəsinin açıqlamasında deyilir: “Gecə Çeremxi rayonunda Belarus əsgərləri sərhəddəki müvəqqəti maneəni yıxmağa başlayıblar. Onlar hasar dirəklərini çəkib çıxarmış və xidməti avtomobilin köməyi ilə onu parçalayıblar. Lazer şüaları və stroboskop işıqları vasitəsi ilə Polşa mühafizəçilərinin gözlərini qamaşdırıblar”.
Hürr Tərcüman