📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Belarus sərhədinə NATO hərbi texnikası yerləşdirilir"

2023-07-31 17:25:00

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, "Belarus 1" dövlət telekanalı Polşanın NATO-nun hərbi texnikasını Belarusla sərhəddə yerləşdirdiyini bildirib. Açıqlamada deyilir: "NATO silahlarını və hərbi texnikasını şərqdə yerləşdirməyə davam edir. Polşa ərazisində Almaniyanın hərbi texnikası karvanının Belarus sərhədinə doğru irəlilədiyi qeydə alınıb. Platformada 12 ədəd "Marder" hərbi avtomobili, 4 ədəd "Daxs" tankı yerləşdirilib. Alyansın hərbi texnikasının yerləşdirilməsi Vraşavanın öz ordusunu demək olar, iki dəfə artırmaq planının fonunda baş verir".

Hürr Tərcüman