📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Belarus sərhədləri pozulsa, dərhal cavab veriləcək” – Lukaşenko

2024-08-15 23:17:24

“Belarus sərhədləri pozulsa, dərhal cavab veriləcək” – Lukaşenko

“Belarus sərhədləri pozulsa, cavab dərhal olacaq, heç bir qırmızı xətt yoxdur”.
Yeniavaz.com BelTA agentliyinə istinadala xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalının “Vesti Nedeli” proqramına verdiyi müsahibədə deyib.
“Biz NATO-ya qarşı müharibə istəmirik. Amma onlar bunu istəsələr və buna getsələr, başqa çarəmiz qalmayacaq. Heç bir qırmızı xətt olmayacaq. Bu xətt artıq var və bu xətt dövlət sərhəddidir. Üstünə ayaq basan kimi, bir sərhədçi kimi deyirəm, cavab dərhal olacaq”, - Lukaşenko deyib.
Belarus liderinin sözlərinə görə, bu cavab da artıq hazırdır.