📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

2024-07-04 11:20:38

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

Hurriyyet.az xəbər verir ki, Belarus Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olub.
Sənədlərin imzalanması mərasimi Astanadakı Müstəqillik Sarayında keçirilib.
Beləliklə, Belarus ŞƏT təşkilatının 10-cü tamhüquqlu üzvü olub. TƏşkilatın digər tamhüquqlu üzvləri bunlardır - Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan.
Belarus 2010-cu ildən dialoq tərəfdaşı, 2015-ci ildən isə müşahidəçi qismində ŞƏT-də iştirak edir.
Hürr Tərcüman