Belarus XİN Polşaya etiraz mesajı yolladı
Belarus XİN-nin mətbuat xidməti xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkili Martin Voytexovskini çağıraraq “Bobrovniki” sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar ona etiraz edib.
“Polşa diplomatı Belarus-Polşa sərhədində onsuz da son dərəcə çətin vəziyyəti gərginləşdirən və Belarus, Polşa və bir çox digər ölkələrin minlərlə vətəndaşının hüquqlarını pozan bu addımın qəti şəkildə qəbuledilməzliyi vurğulanıb”, deyə məlumatda bildirilir.
Minsk Varşavanın hərəkətlərinin qeyri-insani olduğunu və böyük təsərrüfat subyektlərinə və kiçik biznesə zərər vurduğunu vurğulayıb.
"Belarus tərəfi adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır", deyə Belarus XİN qeyd edib.
Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bu yaxınlarda bildirmişdi ki, Polşa hakimiyyəti dövlət təhlükəsizliyinin maraqlarını əsas götürərək, Bobrovnikidə Belarusla sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.
Ülviyyə, Hurriyyet.az