📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Belarusa gedən Priqojinin oxşarı olub” – Pentaqondan iddia

2023-07-08 11:56:00

“Belarusa gedən Priqojinin oxşarı olub” – Pentaqondan iddia

Hurriyyet.az xəbər verir ki, “Nyu York Tayms” nəşri “Vaqner” muzdlularının qiyam cəhdindən sonra onların rəhbəri Yevgeni Priqojinin Belarusa getmədiyini, oraya öz oxşarını göndərdiyini yazıb. Qəzetə bu məlumatı Pentaqondakı anonim mənbə verib. Məmurun sözlərinə görə, Priqojinlə onun muzdlularının Belarusa getməsi hekayəsi “mistikadır”, “vaqnerçilər”in əksəriyəti hələ də Ukrayna ərazisində qalmaqdadır. Mənbə deyib: “Priqojinin qiyamdan sonra həqiqətən də Belarusda olduğu barəsində əlimizdə dəlil yoxdur. Onun muzdlularının əksəriyyəti hələ də Ukraynanın şərqindədirlər. Priqojin öz planlarını və hərəkətlərini gizlətmək üçün Belarusa səfər elədiyi görünüşü yarada bilər”.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko  iyulun 7-də verdiyi açıqlamasında hazırda Priqojinin Belarusda olmadığını bildirmişdi.

Hürr Tərcüman