“Belarusa qarşı sanksiyalar sərtləşdiriləcək”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Hayko Maas Avropa İttifaqının Belarusa qarşı sanksiyaları sərtləşdirəcəyini bəyan edib. Nazir bu açıqlamanı Brüsseldə, Aİ XİN rəhbərlərinin iclasından əvvəl keçirilən mətbuat konfransında verib: “Belarus Prezidenti Aleksandr Lukaşenko bizdən bütün sanksiyaları ləğv eləməyimizi tələb edir. Bu gün isə biz cavab veririk: biz sanksiyaları sərtləşdirəcəyik. Qanunsuz daşımada əli olan ayrı-ayrı adamlara qarşı sərt addımlar atacağıq”.
Maas Minskin qaçqınlardan Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə elədiyini və son günlərdə vəziyyətin pisləşdiyini qeyd edib.
Onun sözlərinə görə, Belarusa miqrantları daşımağa kömək edən aviaşirkətlərə qarşı sanksiyalar tətbiq ediləcək.
Maas deyib: “Türkiyə Hava Yolları kimi aviaşirkətlər bu qeyri-leqal fəaliyyətdən kənarda dura bildiklərini nümayiş etdirdilər. Digər aviaşirkətlər də eyni addımı ata bilərlər, çünki, bunu etməyənlər sərt sanksiyalarla hesablaşmalı olacaqlar. Vəziyyət o qədər ağırdır ki, Avropa İttifaqının hava məkanındakı uçuşlara, yaxud da hava limanlarına enişlərə qadağan qoyula bilər”.
Hürr Tərcüman