Belarusa qarşı yeni sanksiyalar tətbiq ediləcək
2023-08-03 16:35:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyası Belarusa qarşı yeni sanksiyalar siyahısını razılaşdırıb.
Komissiyanın saytında yerləşdirilmiş açıqlamada deyilir: “Yeni tədbirlər Avropa İttifaqının Rusiya ilə Belarusa qarşı sanksiyalarının daha güclü şəkildə uyğunlaşdırılmasını təmin edir və Rusiyaya qarşı sanksiyalardan Belarus vasitəsi ilə yayınmanın qarşısını almağa yardım edəcək”.
Hürr Tərcüman