📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarusda “İsgəndər” qutuları daşıyan karvan görüntülənib - VİDEO

2022-03-08 21:37:00

Belarusda “İsgəndər” qutuları daşıyan karvan görüntülənib - VİDEO

Belarusun Qomel şəhərinin yaxınlığındakı Uritskoye kənd təsərrüfatı qəsəbəsində yük maşınlarının karvanı görüntülənib.

Bu barədə “Zerkalo.io” videogörüntü yayıb.

Məlumata görə, yük maşınlarında “İskəndər” raketləri üçün qutular olduğu ehtimal edilir.

“Videodan göründüyü kimi, karvanda qutuları olan on yük maşını, eləcə də minik avtomobilləri, yükləyici və “V” işarəli yanacaq daşıyan maşın daşınırdı”, - məlumatda deyilir.

UNİAN-nın məlumatına görə, bu gün Belarusun Qomel şəhərində dəmir yolu stansiyası yaxınlığında Rusiya Federasiyasının hava-desant qoşunlarının texnikası olan qatar görünüb.

 

Manşet.az