📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarusda kiçik dronlarla mübarizə üçün “Sapsan” adlı yeni mobil kompleks yaradıldı

2024-12-26 14:07:14

Belarusda kiçik dronlarla mübarizə üçün “Sapsan” adlı yeni mobil kompleks yaradıldı

Belarusda kiçik dronlarla mübarizə üçün “Sapsan” adlı yeni mobil kompleks yaradılıb. Bu kompleks kritik infrastrukturun mühafizəsi üçün nəzərdə tutulub və təkcə dronları aşkarlamaq və izləmək deyil, həm də onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Hərbi Sənaye üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Sapsan” kiçik pilotsuz təyyarələri radardan istifadə etməklə 3000 metrə qədər, optik-elektron vasitələrdən istifadə etməklə isə 1800 metrədək məsafədə tanıya bilir.

Pilotsuz təyyarələrin məhv edilməsi 400 metrə qədər məsafədə komanda maşınının damında quraşdırılmış qüllədən istifadə etməklə həyata keçirilir.

Kompleks kəşfiyyat və atəş əməliyyatları üçün müxtəlif modulların, həmçinin radiotexniki stansiyaların və elektron döyüş sistemlərinin quraşdırılmasına imkan verən MZKT-500-200-010 şassisi əsasında yaradılıb.

Ülviyyə, Hurriyyet.az